http://www.anstv.ws/site/video/15622-xabarci-12-12-2015
Yataqda baş verən yanğın sözsüz ki, terror aktıdır və eyni vaxtda terrordur. Orada itkin düşmüş şəxslər və meyidlər necə itkin düşə bilər?! Hesab edirəm ki, dalğlclar planlaşmış qaydada, sifarişlə onları aparıb və planlaşdırıblar ki, orqanlarını satsınlar. Meyid suyun üzünə çıxmalıdı. İtkin düşmüş şəxslər ona görə ki, düşünürəm ki, onların bəzilərini dalğıclar ölməmiş aparıb. Ondan başqa yanan binalar. Azadlıq pr.-də yanğın baş verən binada 16 nəfər öldürülüb. Bunlar terror və terror aktlarıdır və bu hadisələrin sifarişçisi, ölkədən yalnız əliyev ilhamdır. İnsanı idarə edə bilən texniki vasitələrlə sifariş və təşkil olunur. Onu da vurğulamaq lazımdır ki, mümkün deyil ki, bu terror və terror aktları sifariş və təşkil olunarkən hüquq mühafizə və ədalət mühakiməsi orqanları adı altında olan strukturlar hər cür texniki vasitələrlə hadisələrin sifariş və təşkil olunmasından xəbərsiz qalsınlar, ona görə bu strukturlar terror təşkilatlarıdır. Digər tərəfdən idarə etmə sistemi mövcud olsaydı, həmin tez alışan üzlüklər ölkəyə gətirilə bilməzdi. Həmin üzlüklər, mətbuatdan aldığım məlumata görə Çindən gətirilir. Bu o deməkdir ki, Azərbaycanın qanunsuz prezidenti əliyev ilhamla, Çinin qanunsuz baş katibi cintao hu ilə yeni biznesə başlayıb və ya başlayıblar kimi görüntü yaratmaq istəyiblər, çünki, bu üzlüklərin gətirilib sonra bu yanğın yolu ilə terror və terror aktlarının baş verəcəyi hələ öncədən planlaşa bilərdi. ans göstərirdi ki, lavrov sergey bildirir ki, Rusiyanın Suriyada əməliyyatlar keçirmək hüququ var. Əvvəla bildirim ki, Rusiya yox, putin, lavrov sergey də, putin vladimirin sözünü deyir. Buna dair bildirmək istəyirəm ki, bu vaxtda qədər putin vladimir, əsəd bəşərə qanunsuz olaraq kömək edirdi, indi isə lavrov sergey bildirir ki, onlar əsəd bəşərə qarşı vuruşurlar. Bunlar xüsusi təhlükəli cinayətlərdir. Rusiyanın qanunsuz prezidenti putin vladimir də, onun qanunsuz adamları da, ilk növbədə Rusiya xalqını və sonra dünya əhalisini aldadır. Bu və ya digər qaydada dinc müsəlmanları kütləvi olaraq terrorlara, terror aktlarına, soyqırım və soyqırım aktlarına məruz qoyurlar. Bu xüsusi təhlükəli cinayətlər bmt terror təşkilatında sifariş və təşkil olunur. Əgər bmt, vəziyyətlərə vaxtı-vaxtında, düzgün nəzarət etsəydi, bəlaların qarşısı vaxtında alınardı?! Sülh və təhlükəsizliyin Açarı, Ucalardan Uca Olan, Yenilməz Qüvvət Sahibi, Hikmət Sahibi Olan, Tək Olan Allahın dörd Sənədi-Tövrat, Zəbur, İncil və sonuncu Sənəd Qurandır. Yerin, Göyün, Kainatın və onlar arasında olanların Rəbbi Olan Allah, Öz elçisi və peyğəmbəri olan Məhəmməd əleyhissalam vasitəsilə Quranda bildirir ki, əvvəlki Sənədlərdə təhriflər var. Mən isə bildirirəm ki, deməli bu təhrifləri alimlər vasitəsilə əvvəlki Sənədlərdən çıxarmaq lazımdır. Əvvəlki Sənədlərin əsasən Quranla qarşılıqlı əlaqələrini, Onların qarşılıqlı fəaliyyət metodlarını müəyyən etmək və hissə-hissə dünya əhalisinə bildirmək lazımdır. Bu Sənədlər sonda ən azından ölkə hesabı ilə dillərə mükəmməl tərcümə olunmalıdır. Lakin bilmək vacibdir ki, dünya İslam dini altında birləşməlidir, bu birləşmə Rəhim və Rəhman Olan Allahın istəyidir. Əvvəlki Sənədlər isə İslam dinini müvafiq qaydada tamamlayacaq. Hər Şeyə Qadir Olan Allah, Yardımçıların Ən Yaxşısıdır, həmd olsun Ona!